Rusiya bir gecədə 500-ə yaxın ukraynalı hərbçini öldürdüyünü iddia edir
26 Aprel 2022 14:46 Dünya"OLAYLAR.az" BBC-ə istinadən xəbər verir ki , Rusiya Müdafiə Nazirliyi hava qüvvələrinin Ukraynadakı 87 hərbi obyekti vurması nəticəsində bir gecədə 500 Ukrayna əsgərini öldürdüyünü iddia edir.
Vurulan hədəflər arasında Xarkov vilayətindəki iki silah anbarının olduğu bildirilir.
Nazirlik həmçinin öz internet saytında Ukrayna silahlı qüvvələrinin ələ keçirdiklərini iddia etdikləri anbar və təmir bazasını əks etdirən video yayımlayıb.
BBC müstəqil olaraq bu iddiaları təsdiqləyə bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31