Rusiyada istirahət parkına qumbara atılıb, yaralananlar var

Rusiyanın Vladimir vilayətinin Aleksandrov rayonunda bir kişinin "Sosenka" istirahət parkında qumbara partlaması nəticəsində 5 nəfər yaralanıb.Olaylar.az xəbər verir ki, bunu Aleksandrov rayonu administrasiyasının başçısı Anna Kuznetsova bildiriblər.Yerli KİV bildirib ki, yerli sakinlərdən biri parkda təmizlik işləri aparan fəhlələrlə arasında olan mübahisənin gedişində onlara qumbara atıb.Məlumata görə, qumbara atmaqda şübhəli bilinən şəxs saxlanılıb, istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31