Bu ölkədə iki gündür koronavirusdan ölüm qeydə alınmır

Gürcüstanda son sutkada daha 62 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib. Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Məlumata əsasən, daha 104 nəfər müalicə olunaraq sağalıb, vəfat edən olmayıb.
Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 1 654 375 nəfərdə aşkarlanıb. Onların 1 636 108-i sağalıb, 16 800-ü isə ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31