ABŞ Rusiyanı zəifləmiş görmək istəyir

ABŞ-ın müdafiə naziri Lloyd Austin Rusiyanın Ukraynada verdiyi  itkilərdən sonra başqa yerlərdə bu cür təhlükəli hərəkətləri təkrarlamaqdan çəkinəcəyinə ümid etdiyini bildirib.

Onun sözlərinə görə, Ukraynaya düzgün dəstək verilsə, hələ də müharibədə qalib gələ bilər.

"OLAYLAR.az" BBC-ə istinadən xəbər verir ki , Austin, həmçinin ABŞ-ın Ukrayna və digər Avropa ölkələrinə əlavə 713 milyon dollar hərbi yardım ayıracağını açıqlayıb.

Səfərdən sonra Polşada keçirdiyi mətbuat konfransında cənab Austin jurnalistlərə deyib ki, ABŞ "Rusiyanın Ukraynaya təcavüzü zamanı etdiyi hər şeyi edə bilməyəcək dərəcədə zəiflədiyini" görmək istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31