Ukrayna ABŞ-dan daha çox "Javelin" və "Stinger" alacaq

ABŞ Ukraynaya daha bir hərbi silah partiyası göndərməyə hazırlaşır. Xüsusilə, amerikalılar "Stinger" zenit-raket kompleksləri və "Javelin" tank əleyhinə dəstlərini göndərir.

Olaylar.az UNİAN-a istinadən bildirir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

"Hərbi pilotlar 2022-ci ilin aprelində Dover Hərbi Hava Qüvvələri bazasında Ukraynaya göndərməyi planlaşdırdıqları "Stinger" zenit sistemləri, "Javelin" tank əleyhinə sistemləri və digər avadanlıqlar da daxil olmaqla silah qutularını hazırlayırlar", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31