Rusiya alman diplomatlarını “persona-non-qrata” elan edib

Almaniyanın Rusiyadakı səfiri Geza Andreas fon Geyr Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Olaylar.az xəbər verir ki, səfirə Almaniya diplomatik missiyasının 40 əməkdaşının ölkədən çıxarılacağı bildirilib. "Səfirə Almaniyanın Rusiyadakı diplomatik qurumlarının 40 əməkdaşının "persona-non-qrata" elan edilməsi notası təqdim edilib", - Rusiya XİN-dən bildiriblər.

Qeyd edək ki, aprelin 4-də Almaniya Rusiya diplomatik qurumlarının 40 əməkdaşını "persona non-qrata" elan etmişdi.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31