"Sabitlik və fasiləsiz işləmək üçün sözsüz bütün imkanlar var" - Putin
25 Aprel 2022 19:18 DünyaPrezident Vladimir Putin Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətləri "sanksiya təcavüzü" adlandırıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, Putin bunu aprelin 25-də Rusiya Baş Prokurorluğunun genişləndirilmiş kollegiya iclasında bildirib.
"Rusiya iqtisadiyyatında yeni reallıqda sabitlik və fasiləsiz işləmək üçün sözsüz bütün imkanlar var", - V.Putin deyib.
Onun qənaətincə, Qərbin Rusiya cəmiyyətini parçalamaq cəhdi alınmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31