BMT-nin Baş katibi Putin və Zelenski ilə görüşəcək
25 Aprel 2022 19:09 DünyaBMT-nin Baş katibi Antonio Quterreş aprelin 25-də Türkiyəyə səfərə gəlib.
Olaylar.az xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə BMT-nin Baş katib Antonio Quterreş Ankarada görüşüblər.
Mətbuata qapalı keçirilən görüş barədə rəsmi məlumatda bildirilir ki, Baş katib Antonio Quterreş Ankara səfərinin ardından Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31