Rusiya ordusu itkilərini açıqladı

Olaylar.az Ukrayna Baş Qərargahına istinadən xəbər verir ki, Rusiya ordusunun təxminən 21 min 900 əsgər, 181 təyyarə, 154 helikopter və 884 tank itirdiyi bildirilib.

Rusiya ordusunun  həmçinin, 2.258 zirehli texnika, 411 top, 149 raket sistemi və 69 hava hücumundan müdafiə sistemi məhv edilib, 1566 texnika, 8 gəmi və yüngül sürətli qayıq, 76 yanacaq daşıyan maşın və 201 pilotsuz uçuş aparatını itirib.

Rusiya Müdafiə Nazirliyinin martın 25-də verdiyi açıqlamada Ukraynada 1351 rus əsgərinin öldüyü açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31