Putin Makronu Fransa seçkilərində qələbə münasibətilə təbrik edib

Rusiya prezidenti Vladimir Putin Emmanuel Makronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

"OLAYLAR.az" xəbər verir ki , Putinin teleqramında Fransa prezidenti Makrona "dövlət fəaliyyətində uğurlar, həmçinin cansağlığı və firavanlıq" arzulayıb.

Mərkəzçi Makron ifrat sağçı namizəd Marin Le Peni təəccüblü səs fərqi ilə məğlub edərək, son 20 ildə yenidən seçilən ilk Fransa prezidenti oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31