ABŞ Ukraynaya 700 milyon dollar hərbi yardım vəd edib

"OLAYLAR.az" xəbər verir ki , rəsmilər Kiyevdə keçirilən görüşdə ABŞ Ukraynaya dəstəyini təkrarlayıb və onların müharibə səylərinə kömək etmək üçün 700 milyon dollardan  çox hərbi maliyyə ayıracağını vəd edib.Pulun təxminən yarısı Ukraynaya, qalanı isə NATO üzvləri və digər regional müttəfiqlər arasında bölüşdürüləcək.Bundan əlavə, ABŞ Kiyevə 165 milyon dollarlıq sursat satacaq.Bu, Rusiyanın işğalı başlayandan bəri amerikalı diplomatların Ukraynaya ən yüksək səviyyəli səfəri idi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31