"Livandan ölkəmizə raket atılıb" - İsrail

İsrail ordusu Livandan ölkənin şimalına raket atıldığını açıqlayıb.Livandakı Hizbullah təşkilatına yaxınlığı ilə tanınan əl-Əhbar qəzeti raketin Sur şəhərinin cənubundan atıldığını yazıb.İsrailin verdiyi açıqlamada "Livan ərazisindən ölkəmizin şimalına yeni raket atılıb. Raket açıq əraziyə düşüb", - deyə qeyd olunub.  Açıqlamada, atılan raket səbəbilə bölgədəki xəbərdarlıq sistemlərinin işə salınmadığı bildirilib.

gundem.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31