Kurskda iki Ukrayna pilotsuz təyyarəsi vuruld

Olaylar.az xəbər verir ki, Kursk vilayətinin qubernatoru Roman Starovoit Rusiyanın bölgədəki hava hücumundan müdafiə sisteminin iki Ukrayna pilotsuz təyyarəsini vurduğunu bildirib.

Hadisə, aprelin 25-i səhər Borovskoye kəndində baş verib.

Bu barədə Roman Starovoit  Telegram kanalında məlumat yayıb.

Bundan əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Ukraynanın Kursk vilayətindəki Tetkino sərhəd-keçid məntəqəsini minaatan və artilleriyadan atəşə tutmasından sonra cinayət işi açıb. Müstəntiqlərin fikrincə, aprelin 23-də VFU Rusiya FSB-nin Sərhəd İdarəsinin əməkdaşlarına minaatan və artilleriyadan hədəfli atəşlər həyata keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31