Rusiyadakı yanğında ölənlərin sayı... - AÇIQLAMA

Rusiya Müdafiə Nazirliyinin Kosmik Hava Müdafiəsi Qoşunlarının Mərkəzi Elmi-Tədqiqat İnstitutunda yanğın nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.

Olaylar.az xəbər verir ki, hadisə aprelin 21-də baş verib. Əvvəlcə yanğın zamanı 6 nəfərin həlak olduğu, 30 nəfərin xəsarət aldığı bildirilirdi.

Yanğından sonra aparılan xilasetmə işləri zamanı daha 5 nəfərin meyiti aşkar edilib. Yanğın elektrik naqillərində qısaqapanma səbəbindən baş verib.

Qəza ilə bağlı cinayət işi açılıb.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31