"Birbaşa danışıqlar aparmaqda israrlı idim” - Zelenski
23 Aprel 2022 22:02 Dünya"Mən əvvəldən Rusiya Federasiyasının lideri ilə birbaşa danışıqlar aparmaqda israrlı idim".
Olaylar.az bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev metrosunun stansiyalarından birində keçirdiyi mətbuat konfransında bildirib.
Ukrayna lideri vasitəçilər vasitəsilə istənilən görüş formatının istənilən nəticəyə gətirib çıxarmayacağını bildirib.
"Düşünürəm ki, vasitəçilər vasitəsilə istənilən görüş formatı və ya dost ölkələr vasitəsilə Rusiya Federasiyasının rəhbərinə məlumat ötürülməsi istənilən nəticəni verməyəcək. Mən hesab edirəm ki, bu müharibəni onu başladan şəxs dayandıra bilər", - deyə Volodimir Zelenski fikrini tamamlayıb.
Segodnya
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31