Rusiya təyyarələri üçün hava məkanı bağlandı

Türkiyə Rusiya təyyarələri üçün hava məkanını bağlayıb.

Olaylar.az TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Nazir qeyd edib ki, Türkiyə rəsmi Moskva ilə danışaraq Rusiyadan Suriyaya hərbçi daşıyan bütün mülki və hərbi təyyarələrə hava məkanını qapadıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31