"İllik qaz tədarükü 12 faiz azalacaq" - Beynəlxaq Valyuta Fondu

Avropa ölkələri yalnız 6 ay ərzində Rusiya qazı olmadan ciddi problemlərsiz yaşaya bilər. Bundan sonra ciddi iqtisadi problemlər başlayacaq.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Beynəlxaq Valyuta Fondunun (BVF) Avropa departamentinin direktoru Alfred Kammer deyib.

"Avropa təxminən 6 ay bununla bacara bilər. Lakin qış mövsümündə çatışmazlıq yaşanacaq. Bu çatışmazlıqlar əlbəttə ki, iqtisadiyyata və iqtisadi fəallığa ciddi təsir göstərəcək, illik qaz tədarükü 12 faiz azalacaq", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31