"Ukraynanın hərbi obyektləri məhv edilib" - Rusiya Müdafiə Nazirliyi
22 Aprel 2022 21:45 DünyaRusiyanın raket və artilleriya qoşunları Ukraynanın 26 hərbi obyektini məhv edib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
Məhv edilən obyektlər arasında 2 komanda məntəqəsi və 21 hərbi texnikanın cəmləşmə məntəqəsi var.
Konaşenkov əlavə edib ki, gün ərzində Ukrayna ordusunun raket anbarı, 27 ədəd zirehli texnikası və hərbi nəqliyyat vasitəsi də vurulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31