"Nissan"ın keçmiş rəhbəri beynəlxalq axtarışa verildi
22 Aprel 2022 20:55 DünyaFransa prokurorluğu "Renault-Nissan-Mitsubishi" avtomobil konserninin keçmiş rəhbəri Karlos Qonun beynəlxalq axtarışını elan edib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, o, "vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması"nda ittiham olunur.
Fransa mətbuatı bildirir ki, söhbət 15 milyon avroya yaxın vəsaitlə bağlı şübhəli əməliyyatlardan gedir.
Qeyd edək ki, Fransa, Braziliya və Livan vətəndaşlığı olan Karlos Qon 2018-ci ilin noyabrında Yaponiyada həbs olunmuşdu. O, 80 milyon dollardan çox məbləği maliyyə bəyannaməsindən gizlətməkdə təqsirli bilinmişdi.
2019-cu ilin aprelində ev həbsinə buraxılan "Nissan"ın sabiq rəhbəri Yaponiyanı qeyri-leqal şəkildə tərk edərək Livana qaçmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31