Ukrayna millisinin üzvü müharibədə həlak oldu
22 Aprel 2022 19:53 DünyaAtıcılıq üzrə Ukrayna millisinin sabiq üzvü İvan Bidnyak Rusiya ilə müharibədə həlak olub.
Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Olimpiya Komitəsi məlumat yayıb.
Beynəlxalq dərəcəli idman ustası Xerson vilayətində 36 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, İvan Bidnyak 2010 və 2013-cü ildəki Avropa çempionatlarında gümüş medal qazanıb. O, London-2012 Yay Olimpiya Oyunlarının iştirakçısı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31