Şarl Mişel və Vladimir Putin Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
22 Aprel 2022 16:54 DünyaAvropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Cənubi Qafqazdakı son vəziyyəti müzakirə edib.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasından bildiriblər.
Vurğulanıb ki, tərəflər aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdən də danışıblar.
Məlumata görə, Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin səylərinin iki ölkə arasında sülh razılaşmasına doğru hərəkətin göstəricisi olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31