Rusiya “Google”u “saxta” videolara görə 11 milyon rubl cərimələyib
22 Aprel 2022 16:21 DünyaMoskva məhkəməsi Google-un ana şirkəti Alphabet Inc-i mübahisəli videoları silmədiyinə görə cərimələyib.
"OLAYLAR.az" TASS xəbər agentliyinə istinadən xəbər verir ki , ABŞ texnoloji nəhənginə Rusiya hərbçilərinin itkiləri və mülki əhalinin itkiləri ilə bağlı qeyri-dəqiq məlumat yaydığını bildirirərək ümumi məbləği 11 milyon rubl olan iki cərimə kəsilib
Rusiyada bəzi xarici sosial media platformaları, o cümlədən Facebook və Instagram bloklanıb. Bununla belə, YouTube mövcud olaraq qalır.
Rusiyanın kommunikasiyalara nəzarət orqanı daha əvvəl "YouTube"da "saxta məlumat yaydığına" görə Google-u cəzalandırmaq üçün addımlar atacağını bildirmişdi və ABŞ şirkətinə bu tələblərə əməl etmədiyi təqdirdə cərimələnəcəyi barədə xəbərdarlıq etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31