Yaponiyada iri konteyner estakadadan aşıb

Yaponiyanın Yokohama şəhərində iri konteynerin estakadadan aşması nəticəsində aşağıda park edilmiş avtomobillər ciddi zədələnib.
Olaylar.az xəbər verir ki, hadisə yerinə gəlmiş xilasredicilər avtomobillərin içində insanların olub-olmadığını yoxlayırlar. Hadisənin səbəbləri araşdırılır.
Hadisə şahidinin sözlərinə görə, konteyner estakadanın altında park edilmiş azı 6 avtomobili əzib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31