Ukrayna küçələri güclü atəşə tutulub

"OLAYLAR.az" xəbər verir ki , BBB müxbiri Jonathan gecəni cəbhə xəttindən 20 km  uzaqda olan Slovyanskda keçirib və nə yaşadıqlarını sosial şəbəkədə paylaşıb. 

O, "Yaşayış məntəqəsində nisbətən təhlükəsiz olacağımızı düşündük. Lakin gecə saat 01:00-dan sonra qəfil və çox yüksək səslə Rusiya atəşinə oyandıq. Bunkerə sığındıq. Səhər komendant saatı ləğv edildikdən sonra biz dəymiş ziyanı araşdırdıq. Zərbələr qaldığımız yerdən cəmi 200 metr aralıda idi. Səkidə kiçik kraterlər və yaxınlıqdakı yaşayış bloklarının pəncərələrindən sındırılmış şüşələr var idi. Elektrik xətləri kəsilib, işıq yox idi. İndi Donbasın bir çox şəhər və qəsəbələrində bu mənzərədir" deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31