"Bu bir millətin öldürülməsidir" - Xarkov meri
22 Aprel 2022 12:03 DünyaUkraynanın ikinci ən böyük şəhəri olan Xarkov Rusiya qüvvələri tərəfindən intensiv bombardmana məruz qalıb.
"OLAYLAR.az" xəbər verir ki ,Şəhərin meri İhor Terekhov BBC-yə əhalinin təxminən 30%-nin şəhəri tərk etdiyini, bir milyon insanın qaldığını, bəzilərinin isə evlərini tərk etmək istəmədkilərini bildirib.
Onun sözlərinə görə, ruslar yaşayış məntəqələrini atəşə tutur, mülki əhali arasında itkilərə səbəb olur və yaralıların sayı durmadan artır . Əlavə olaraq o ,"Bu, əsgərlərin əsgərlərə qarşı müharibəsi deyil, bir millətin öldürülməsidir" deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31