Putinin bu görüntüsü yenidən gündəmi alt-üst etdi: Niyə masadan yapışır?
22 Aprel 2022 11:40 DünyaÖtən gün Rusiya Prezidenti Vladimir Putinin Müdafiə naziri Sergey Şoyqu ilə görüşündə çəkilən bir foto gündəm olub.
Olaylar.az xəbər verir ki, görüş əsnasında Putinin kədərli şəkildə masada əyləşməsi diqqət çəkib. Bundan əlavə isə Rusiya liderinin həm Sergey Şoyqu ilə, həm də Nikolay Tokarevlə görüşdə oturduğu masanın kənarından yapışması bir daha xəstə olduğu ilə bağlı iddiaları gücləndirib.
Qeyd edək ki, fevralın 24-də müharibə başlayandan bəri Putinin fotolarını və çıxışlarını təhlil edən ekspertlər Rusiya liderinin xəstə olduğunu, səhhətinin günü-gündən pisləşdiyini iddia edirlər.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31