"Ukraynanın ayda 7 milyard dollar yardıma ehtiyacı var" - Zelenski
22 Aprel 2022 11:10 DünyaUkrayna prezidenti Vladimir Zelenski dünyanın maliyyə nazirlərinə bildirib ki, ölkəsinin fəaliyyətini davam etdirməsi üçün yaya qədər hər ay 7 milyard dollar lazımdır.
"Biz inanırıq ki, zaman keçdikcə bu məbləğ azalacaq, çünki ölkənin işğal altında olmayan bölgələrində Ukrayna iqtisadiyyatı güclənəcək və hazırda başqa yerdə işləyənlərin pul köçürmələri axmağa başlayacaq"
"OLAYLAR.az" BBC-ə istinadən xəbər verir ki ,o, Kiyevdən videobağlantı vasitəsilə Beynəlxalq Valyuta Fondu və Dünya Bankının konfransında çıxış edib.
Zelenski həmçinin bildirib ki, dünya ictimaiyyəti Rusiyanı dərhal beynəlxalq maliyyə qurumlarından, o cümlədən Dünya Bankı, BVF və digər qurumlardan kənarlaşdırmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31