"Rusiyanın şərqdəki uğurları müvəqqətidir"- Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya ,Ukraynanın şərqindəki son nailiyyətlərinin müvəqqəti olduğunu bildirib.

"OLAYLAR.az" xəbər verir ki ,o, bu sözləri xalqa ünvanladığı son videomüraciətində qeyd edib.

"Ölkəmizin cənubunda və şərqində işğalçılar müəyyən qələbələrdən danışmağa əsas tapmaq üçün hər şeyi etməyə davam edirlər. Onlar güc toplayır, yeni batalyon taktiki dəstələrini torpaqlarımıza aparırlar. Hətta "Ukraynanın işğal olunmuş rayonlarında səfərbərlik" adı ilə belə bir əməliyyata başlamağa çalışırlar. 

"Bu addımların heç biri Rusiyaya dövlətimizə qarşı müharibədə kömək etməyəcək. Onlar yalnız qaçılmaz olanı - işğalçıların ərazimizi tərk etməli olacağı vaxtı gecikdirə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31