“Bu şəhəri üçüncü dəfə “azad edirlər” - Qayday
21 Aprel 2022 22:51 Dünya"Rusiya Müdafiə Nazirliyi növbəti dəfə Rubejnenin "azad edildiyini" açıqlayıb".
Olaylar.az bildirir ki, bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.
S.Qayday bu məlumatın saxta olduğunu vurğulayıb.
"Absurd fikirlərdir. Müharibənin 56-cı günündə düşmən Rubejnenin qərb və şimal-qərb hissəsində möhkəmlənməyə çalışdı, lakin məğlub oldu. Bu artıq Rusiya ordusunun Rubejneni "azad etməsi" ilə bağlı üçüncü bu cür açıqlamasıdır", - deyə S.Qayday bildirib.
Qeyd edək ki, Rusiya tərəfi şəhəri nəzarətə götürdüyü ilə bağlı martın 1-də və 18-də də məlumat vermişdi.
pravda
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31