Zelenski İspaniya və Danimarkanın baş nazirləri ilə görüşdü - VİDEO
21 Aprel 2022 21:05 DünyaOlaylar.az oxu.az-a istinadən bildirir ki, İspaniyanın baş naziri Pedro Sançes və Danimarkanın Baş naziri Matte Frederiksen Ukraynaya səfər ediblər.
Onlar əvvəlcə Borodyankanı ziyarət ediblər. İspaniyanın hökumət başçısı burada gördüklərindən dəhşətə düşdüyünü deyib.
"Borodyanka küçələrində Putinin müharibəsinin dəhşətlərini və vəhşiliklərini görəndə şok oldum. Biz Ukrayna xalqını tək qoymayacağıq", - deyə Sançes özünün "Twitter" hesabında yazıb.
Bundan sonra onlar Kiyevə yollanıblar və prezident Volodimir Zelenski ilə görüşüblər.
Zelenski qonaqlara səfərlərinə və Ukraynaya göstərdikləri dəstəyə görə təşəkkür edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31