"Putin dəhliz yaratmağa icazə verməlidir" - Bayden

ABŞ Rusiyanı mülki əhalinin Mariupoldan və orada yerləşən "Azovstal" zavodundan çıxmasını təmin etməyə çağırır.

Olaylar.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib. "O, (Putin-red:) humanitar dəhliz yaratmağa icazə verməlidir ki, bu zavoddan və dağıntılar altında qalan digər yerlərdən insanlar çıxa bilsin", - Bayden deyib.

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk Mariupoldakı "Azovstal" zavodunun ərazisində minə yaxın dinc sakinin və 500 yaralı ukraynalı əsgərin olduğunu bildirib.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31