"Rusiya bizim limanlarımıza və sahillərimizə daxil ola bilməyəcək" - Bayden

Rusiya ilə əlaqəli gəmilərə ABŞ limanlarına daxil olmaq qadağan edilir.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

O elan edib ki, Avropada olduğu kimi, ABŞ-da da Rusiya ilə bağlı gəmilərin limanlara girişi qadağan olunur.

"Bu, o deməkdir ki, Rusiya bayrağı altında üzən və ya Rusiya ilə bağlı hər hansı şirkətdən qeydiyyatdan keçən gəmi bizim limanlarımıza və sahillərimizə daxil ola bilməyəcək. Heç bir rus gəmisi", - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31