Peskov :“bu terror aktının elanıdır”

Kreml Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilovun Ukrayna Silahlı Qüvvələrinə belə bir fürsət düşən kimi Kramski körpüsünə zərbə endirmək barədə bəyanatına reaksiya verib.

"OLAYLAR.az"  xəbər verir ki, Dmitri Peskov jurnalistlərə açıqlamasında "Bu cür bəyanatlar mümkün terror aktının elanıdır. Bu, qəbuledilməzdir"deyib.

Prezidentin mətbuat katibi qeyd edib ki, Krım körpüsü ətrafında, eləcə də bütün strateji obyektlərin ətrafında  lazımi təhlükəsizlik tədbirləri həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31