Rusiya qüvvələri Ukraynanı “Smerç” raketləri ilə vurdu
21 Aprel 2022 14:42 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanı "Smerç" raketləri ilə vurduqlarını əks etdirən video yayımlayıb.
Çoxlüləli reaktiv yaylım atəş sistemi olan "Smerç" raketi cəmləşmiş ərazilərdə şəxsi heyəti, zirehli və yüngül hədəfləri, artilleriya batareyalarını, komanda mərkəzlərini və sursat anbarlarını vurmaq üçün hazırlanıb.
Ukrayna Baş Prokurorluğunun açıqlamasına görə, Rusiya ordusunun atəşə tutması nəticəsində 1141 təhsil müəssisəsi zərər görüb, onlardan 99-u tamamilə məhv edilib.
Rusiyanın hücumlara başladığı 24 fevraldan bu yana təxminən görə 208 uşağın həlak olduğu , 376 uşağın isə yaralandığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31