"Ukraynaya əlavə batalyon taktiki qrup yerləşdirilib" - ABŞ Müdafiə Nazirliyi

Rusiya qüvvələri son həftə ərzində Ukraynaya 17 əlavə batalyon taktiki qrup (BTQ) yerləşdirib.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Qeyd edilib ki, son 24 saat ərzində Rusiya Ukraynaya 4 yeni BTQ cəlb edib ki, onlardan üçü ölkənin şərqinə - Donbas regionuna yerləşdirilib.

Bununla da Rusiyanın Ukraynanın daxilindəki BTQ-lərinin sayı 82-yə çatıb.

Pentaqon rəsmisi əlavə edib ki, bu BTQ-lərin hamısı yalnız piyadalardan ibarət deyil.

"Onlar fuksional baxımdan təşkilatlandırılıb. Bəziləri piyada, bəziləri artilleriya, bəziləri zirehli, mexanikləşdirilmiş və.s qruplardır" - məlumatda bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31