"Sülhün bərqərar olması üçün təcili addımlar atılmalıdır" - Antonio Quterreş

BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna və Rusiyanın BMT-dəki nümayəndələrinə məktub ünvanlayıb.

Olaylar.az bildirir ki, bu barədə Baş katibin sözçüsü Stefan Düjarrik bildirib.

Düjarrik bildirib ki, Baş katib Volodimir Zelenski və Vladimir Putindən onu öz ölkələrində qəbul etməsini xahiş edib.

Düjarriklin sözlərinə görə, Baş katib bildirib ki, indiki çətin dövrdə Ukraynada sülhün bərqərar olması üçün təcili addımlar atılmalıdır. Ukrayna və Rusiya BMT-nin qurucu dövlətlərindəndir.

Sözçü bildirib ki, məktub axşam saatlarında nümayəndəliklərə təqdim edilib və hələ ki cavab verilməyib.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31