"Təhlükəsizlik və ərzaq problemlərini həll etmək lazımdır" - Çavuşoğlu
20 Aprel 2022 22:40 Dünyaİndiyədək 500 min insan Türkiyənin terrorçulardan təmizlədiyi Suriya ərazilərindəki evlərinə geri dönüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk" kanalına müsahibəsində deyib.
Nazir əlavə edib ki, bütün 4 qonşu ölkədən suriyalıların geri dönməsi üçün onların təhlükəsizlik və ərzaq problemlərini həll etmək lazımdır. Hazırda Birləşmiş Millətlər Təşkilatı bu məsələ ilə bağlı Suriya hökuməti ilə danışıqlar aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31