"Ukraynaya heç nə verilməyib" - Zelenski
20 Aprel 2022 22:13 DünyaUkrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfindən Ukraynadakı münaqişənin nizamlanmasına dair verilmiş sənədi görmədiyini deyib.
Olaylar.az APA-ya istinadən bildirir ki, dövlət başçısı mətuat konfransında bildirib ki, bu barədə heç nə eşitməyib, görməyib, Ukraynaya heç nə verilməyib.
Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, danışıqlar prosesində Ukrayna tərəfinə dəqiq ifadə edilmiş sənəd layihəsi təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31