Bu ölkədə maska rejimi ləğv edilib
20 Aprel 2022 21:46 Dünyaİspaniyada qapalı məkanlarda maskadan istifadə sərbəstləşdirilib.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu gündən etibarən qapalı məkanlarda, ticarət mərkəzləri və mədəni müəssisələrdə maskadan istifadə könüllüdür.
Bununla belə, ictimai nəqliyyat və tibb müəssisələrində maskadan istifadə tələbi qüvvədə qalır.
Qeyd edək ki, İspaniyada maska rejimi 15 may 2020-ci il tarixdə tətbiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31