"İstənilən siqnala çox diqqətlə yanaşırıq" - Zaxarova

Rusiya ilə Azərbaycan arasında münasibətlərin müttəfiqlik xarakterini və tarixən formalaşmış ümumi biotəhlükəsizlik məkanını nəzərə alaraq, Moskva Azərbaycan tərəfinin istənilən siqnallarına çox diqqətlə yanaşır.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə rəsmi Moskvanın Azərbaycan ərazisində Amerikanın bioloji laboratoriyalarının olması ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

"Biz bununla bağlı daxil olan istənilən siqnala çox diqqətlə yanaşır və onları Bakı ilə inkişaf etdirdiyimiz tərəfdaşlıq dialoqu çərçivəsində nəzərdən keçirməyə hazırıq", - Zaxarova qeyd edib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31