Moskva Birjasının ticarət meydançası statusu ləğv edilir - Böyük Britaniya

Böyük Britaniya Moskva Birjasının ticarət meydançası statusunu ləğv etməyi planlaşdırır.

Bildirilir ki, belə bir addımın investorları bəzi vergi güzəştlərindən məhrum edəcək.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bununla yanaşı, müvafiq qərar qəbul edilərsə, Rusiyaya yeni sərmayələrdən söhbət gedə bilməz.

Rəsmi London izah edib ki, bu qərar Rusiya Bankının xarici investorlara tətbiq etdiyi məhdudiyyətlərə cavabdır. Hazırda Böyük Britaniyanın vergi orqanları maraqlı tərəflərin rəyini tələb edərək məsələ ilə bağlı məsləhətləşmələrə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31