"Hadisələr tarix mövzusu olmalı olduğu halda, kirli siyasət mövzusuna çevrilib" - Fəxrəddin Altun
20 Aprel 2022 18:40 Dünya1915-ci ildə baş verən hadisələr tarix predmeti olmalı olduğu halda, kirli siyasət mövzusuna çevrilib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
O qeyd edib ki, türklərlə ermənilər yüz illər boyu birlikdə yaşamaq mədəniyyəti formalaşdırıblar.
"Biz yüz illər boyu sevinci də, kədəri də paylaşmışıq. Aramızda düşmənçilik toxumları səpməyə çalışanlara qarşı birlikdə mübarizə aparmalıyıq. 1915-ci ildə baş verən hadisələr tarix mövzusu olmalı olduğu halda, kirli siyasət mövzusuna çevrilib", - deyə F.Altun əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31