Pakistanda yanğın: 8-i uşaq olmaqla 9 nəfər öldü

Olaylar.az xəbər verir ki, Pakistanın Sind əyalətində bir kənddə yanğın baş verib  8-i uşaq olmaqla 9 nəfər öldü. 50 ev külə dönüb.Yanğın zamanı 160 baş təsərrüfat heyvanının tələf olduğunu bildirən kənd sakinləri kənd təsərrüfatı sahələrinə də ziyan vurduğunu bildiriblər.Kənd sakinləri Fövqəladə Hallar Nazirliyinə zəng vurduqlarını, lakin yanğınsöndürənlərin əraziyə çatmadığını iddia edib.Baş nazir Şahbaz Şərif mövzu ilə bağlı geniş bir hesabat hazırlanmasını istədi və kəndlilərə yardım ediləcəyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31