Hindistan Ukraynaya dərman yardımı göndərəcək
20 Aprel 2022 10:39 DünyaOlaylar.az xəbər verir ki, Hindistan yaxın günlərdə Ukraynaya dərman şəklində daha bir humanitar yardım göndərəcək.
Bu barədə aprelin 20-də Hindistanın BMT-dəki daimi nümayəndəsinin müavini R.Ravindra Twitter-də məlumat verib.
"Ukraynadakı ağır humanitar vəziyyəti anlayan Hindistan bu və qonşu ölkələrə yardım göndərir. Biz yaxın günlərdə Ukraynaya yeni dərmanların çatdırılmasını təşkil edəcəyik", - Ravindra bildirib.
Hindistanlı diplomat beynəlxalq ictimaiyyəti Ukraynadakı humanitar ehtiyaclara cavab verməyə çağırıb. O, bu yardımın çatdırılması üçün təhlükəsiz dəhlizlərin yaradılmasının vacibliyini də qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31