Türkiyə və İsrail prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Prezidenti İsxak Hersoq arasında telefon danışığı olub.

Olaylar.az xəbər verir ki, bu barədə R.T.Ərdoğan özünün "Twitter" səhifəsində yazıb.

Telefon danışığı zamanı R.T.Ərdoğan Ramazan ayının əvvəlindən bəri İordan çayının qərb sahilində və Əl-Əqsa məscidində azyaşlılar da daxil olmaqla 18 fələstinlinin ölməsi, 400-dən çoxunun yaralanmasından təəssüfləndiyini bildirib.

Bundan əlavə Türkiyə və İsrail liderləri regional məsələlər və ikitərəfli münasibətlərin vəziyyəti barədə fikir mübadiləsi aparıblar.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31