Kanada rusiyalı şəxslərə sanksiya tətbiq etdi

Kanada hökuməti aralarında Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina və bir neçə biznesmen olmaqla 14 rusiyalı şəxsə sanksiya tətbiq edib.

Olaylar.az xəbər verir ki, sanksiya siyahısına iş adamları Mixail Qutseriyev, Pyotr Aven, Mixail Fridman, Oleq Boyko, həmçinin violonçel ifaçısı Sergey Rolduqinin də daxil edildiyi bildirilir. Bununla yanaşı, Mariya Lavrova, Katerina Tixonova, Mariya Vorontsova və Yekaterina Vinokurovaya da sanksiya tətbiq olunub.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31