“Putinə yaxın şəxslərə qarşı sanksiyaların tətbiqi prosesindən keçirik" - Luis

"Britaniya hökuməti əsir götürülən britaniyalı əsgərlərin Viktor Medvedçukla dəyişdirilməsi imkanını nəzərdən keçirmir".

Olaylar.az xəbər verir ki, CNN bunu Şimali İrlandiya üzrə nazir Brendon Luisə istinadən yazıb.

O, britaniyalı hərbçilərinin Ukraynadakı müharibəyə qeyri-qanuni yollarla gəldiyini və bunun Britaniyanın rəsmi missiyası olmadığını deyib. "Əslində biz Putin rejiminə yaxın şəxslərə qarşı sanksiyaların tətbiqi prosesindən keçirik. Gəlin, Rusiyaya necə kömək edə biləcəyimizi düşünməyək... Biz Ukrayna ilə düzgün balansı tapmalıyıq. Ona görə də hamıya deyirəm, Ukraynaya qeyri-qanuni səyahət etməyin. Ukrayna Silahlı Qüvvələri Böyük Britaniyanın dəstəyinə sahibdir. Biz bu dəstəyi verməyə davam edirik", - Luis bildirib.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31