Rusiya-Ukrayna müharibəsinin ikinci mərhələsi

Rusiya-Ukrayna müharibəsinin 55-ci günündə Rusiya ordusu Ukraynanın şərqində çoxdan gözlənilən hərtərəfli quru əməliyyatına başlayıb. Rusiyanın müdafiə naziri Sergey Lavrov Ukraynada xüsusi əməliyyatların ikinci mərhələsinin başladığını bildirib.

Rusiya bu səhər Ukraynanın şərqində əsasən separatçı qüvvələrin nəzarətində olan Donbas bölgəsinə qarşı gözlənilən hücuma başlayıb . 

"OLAYLAR.az" xəbər verir ki , Ukrayna rəsmiləri Rusiya qüvvələrinin bütün cəbhədə müdafiə xəttini yarmağa çalışdığı bir vaxtda vəziyyəti "müharibənin ikinci mərhələsi" kimi qiymətləndirib.  

Rusiyanın müdafiə naziri Sergey Lavrov "Ukraynada xüsusi əməliyyatların ikinci mərhələsi başlayır.Biz Ukraynada rejimi dəyişmək niyyətində deyilik, xalqın seçim azadlığı olmalıdır" - deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31