Rusiyaya qaçanların sayı 880 minə çatıb

Rusiyaya Luqansk və Donetsk Xalq Respublikalarından və Ukraynadan 880 minə yaxın insan gəlib ki, onların da təxminən 164 mini uşaqdır. 

"OLAYLAR.az" xəbər verir ki , bu barədə çərşənbə axşamı, aprelin 19-da hüquq-mühafizə orqanlarından məlumat verilib. Gün ərzində onların sayı təxminən 18 min nəfər artıb.  

Bildirilir ki, əksəriyyəti Donbassdan Rusiyaya , qalanları isə Ukrayna ərazisindən təxliyə edilib.

Bundan əlavə, Rusiyanın 45 regionunda qaçqınlar üçün 480-dən çox müvəqqəti yerləşdirmə mərkəzi təşkil edilib. Hazırda onların sayı 32 min nəfərdən çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31