Kabildə partlayışlar nəticəsində 25 nəfər həlak oldu
19 Aprel 2022 12:11 DünyaOlaylar.az xəbər verir ki, aprelin 19-da Kabildə bir neçə partlayış nəticəsində azı 25 nəfər həlak olub.
Bu barədə yerli Aamaj News agentliyi məlumat yayıb .
Məlumata görə, ən çox qurbanlar şəhərin qərb hissəsində Əbdül Rəhim məktəbinin yaxınlığında baş verən ardıcıl iki partlayışdan sonra qeydə alınıb.
Radikal Taliban hərəkatının yaratdığı Kabil təhlükəsizlik departamentinin nümayəndəsi Xalid Zadranın sözlərinə görə, Əfqanıstan paytaxtının qərb hissəsində üç partlayış baş verib. Bütün partlayışlar təhsil müəssisələrinin yaxınlığında olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31